"Arsenal" superkubokun qalibi oldu

"Arsenal" superkubokun qalibi oldu

30 Avqust 2020 08:50
Bəyəndim (2) Bəyənmədim (0)

Ötən gün futbol üzrə İngiltərə Super kuboku uğrunda görüş keçirilib.

Oxuməni.az xəbər verir ki, qarşılaşmada Premyer Liqanın qalibi “Liverpul” və ölkə kubokunun qalibi “Arsenal” üz-üzə gəliblər.

Oyunun əsas vaxtı 1-1 hesablı bərabərliklə bitib. Nəticədə komandalar 11 metrlik penaltilərlə qalibi müəyyən etməli olublar. Bu seriyada daha dəqiq olan “Arsenal” tarixində 16-ci dəfə İngiltərə Super kubokunun qalibi adını qazanıb.

Oxuməni.az