İtaliya millisinin gənc futbolçusu Sandro Tonalli “Milan”a transfer olunub

İtaliya millisinin gənc futbolçusu Sandro Tonalli “Milan”a transfer olunub

31 Avqust 2020 10:53
Bəyəndim (4) Bəyənmədim (1)

İtaliyanın “Milan” klubu yeni mövsüm üçün növbəti transferin reallaşdırıb.

Oxuməni.az xəbər verir ki, “Breşiya”nın və İtaliya millisinin gənc futbolçusu Sandro Tonalli “Milan”a transfer olunub.

Keçidə görə Milan təmsilçiyə 30 milyon avro ödəməli olacaq. Futbolçu ilə beşillik müqavilə imzalanacaq.

Qeyd edək ki, Tonalli “Breşiya”nın heyətində 88 oyunda meydana çıxıb, 23 məhsuldar ötürmə və 6 qolla yadda qalıb.

Oxuməni.az