Məktəbəqədər təhsil həftədə 2 dəfə olmaqla oktyabrın 1-dən təşkil olunacaq

Məktəbəqədər təhsil həftədə 2 dəfə olmaqla oktyabrın 1-dən təşkil olunacaq

27 Avqust 2020 17:09
Bəyəndim (2) Bəyənmədim (0)

Məktəbəqədər hazırlıq qruplarında bu il 120 minə qədər uşağın təhsil alacağı gözlənilir.

Oxuməni.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmirullayev Təhsil Nazirliyinin bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, bu il məktəbəqədər təhsil həftədə 2 dəfə olmaqla oktyabrın 1-dən təşkil olunacaq:

"Bu proses 2 noyabra qədər davam edəcək. Sözügedən tarixə qədər epidemioloji vəziyyət dəyişmədiyi halda bu rejimdə işləyə bilsək, bu, təhsil müəssisələri üçün uğur hesab edilə bilər".

O qeyd edib ki, ibtidai siniflərdə isə həftədə 2-3 dəfə olmaqla dərslər bərpa ediləcək:

"İbtidai siniflərin məktəbə həftədə 3 dəfə gəlməsi, yoluxma sayı çoxalarsa, həftədə 2 dəfə gəlməsi tövsiyə olunur. İbtidai təhsil sahəsində 600 min şagird təhsil alır ki, burada 250 min nəfər Bakı, Sumqayıt və Abşeronun payına düşür".

Oxuməni.az