MN: Cəbhədə vəziyyət yenə gərginləşib

MN: Cəbhədə vəziyyət yenə gərginləşib

11 Sentyabr 2012 10:01
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk və Berd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə; Noyemberyan rayonunun Voskevan kəndində; Füzuli rayonunun işğal olunmuş Aşağı Seyidəhmədli; Ağdam rayonunun Yusifcanlı; Xocavənd rayonunun Kuropatkino; Tərtər rayonunun Çiləbürt və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.

O.M.