Azərbaycanda benzinə əlavə maddələr qatılır

Azərbaycanda benzinə əlavə maddələr qatılır

3 May 2011 15:41
Bəyəndim (0) Bəyənmədim (0)


Azərbaycan yanacaqdoldurma məntəqələrində benzinin keyfiyyətinə müdaxilə hallarına rast gəlinir. Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.


R. Həsənovun sözlərinə görə, Azərbaycanda benzin yalnız bir zavodda istehsal olunur. O, "Benzinin keyfiyyətinin aşağı düşməsinə isə yerlərdə, yəni yanacaqdoldurma məntəqələrində rast gəlmək mümkündür. Həmin məntəqələrdə benzinin tərkibinə müxtəlif maddələr qatılır" deyib.


O, bildirib ki, komitə tərəfindən belə neqativ hallar dəfələrlə aşkarlanıb və qarşısı alınıb, hazırda belə hallara az rast gəlinir. Komitə sədri qeyd edib ki, qurum tərəfindən aparılan yoxlamalar nəticəsində bəlli olub ki, bu cür nöqsanlara ən çox rayonlarda, kiçik və adsız yanacaqdoldurma məntəqələrində rast gəlinir.


P.S. Benzinə su qatıb, od qiymətinə satırlar.

Tofiq Əliyev