Cəbhədə atışma olub

Cəbhədə atışma olub

24 Aprel 2013 10:35
Bəyəndim (0) Bəyənmədim (0)

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Aşağı Veysəlli, Ağdam rayonunun Mərzili kəndləri yaxınlığında, Goranboy və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

O.M.