İnsan davranışlarını əslində nəyin idarə etdiyi məlum olub
Müasir neyrobiologiya getdikcə daha inandırıcı şəkildə göstərir ki, insanın davranış və qərarlarını böyük ölçüdə şüurlu düşüncələr deyil, beynin şüuraltı prosesləri idarə edir. Oxuməni. az xəbər verir ki, bBu barədə “The Conversation” portalı məlumat yayıb.
Neyrobioloq Samanta Bruksun qeyd etdiyi kimi, beynin fəaliyyətinin böyük hissəsi şüurun iştirakı olmadan baş verir. Ürək döyüntülərinin tezliyi, aclıq hissi və bir çox digər funksiyalar şüuraltı şəkildə tənzimlənir. Erkən uşaqlıq dövründə formalaşan davranış modelləri isə çox vaxt insanın bütün həyatı boyu şüurlu dərkindən kənarda qala bilər.
Buna nümunələrdən biri həddən aşağı (subliminal) emal adlanan prosesdir: insanın onları fərq edə bilməyəcəyi qədər qısa müddət ərzində nümayiş etdirilən üz təsvirləri belə beynin amigdala nahiyəsini aktivləşdirə və sonrakı qərarlara təsir göstərə bilər. Bu, düşüncənin iki sistemə bölünməsi ilə bağlı məlum yanaşmaya uyğundur: biri sürətli və demək olar ki, avtomatik işləyən sistem, digəri isə şüurlu səy tələb edən daha yavaş sistemdir.
Şüuraltının üstün rolunu “sərbəst enerji prinsipi” də izah etməyə kömək edir. Bu prinsipə görə, beynin əsas vəzifəsi insanın sağ qalmasına və özünü yaxşı hiss etməsinə kömək edəcək vəziyyətləri daim proqnozlaşdırmaqdır. Bu proqnozların böyük hissəsi avtomatik şəkildə həyata keçirilir və şüura yalnız yekun nəticə çatır.
Müasir beyin görüntüləmə üsulları əvvəllər yalnız nəzəri fərziyyə hesab edilən ideyaları, o cümlədən psixoanalizdən qaynaqlanan insan davranışının gizli hərəkətverici qüvvələri ilə bağlı təsəvvürləri yoxlamağa imkan verir.
Şüuraltının necə işlədiyini anlamaq həm psixologiya, həm də tibb üçün mühüm əhəmiyyət daşıyır. Bir çox vərdiş və reaksiyalar insan onları dərk etməyə macal tapmamışdan xeyli əvvəl formalaşır. Alimin sözlərinə görə, bu, iradə azadlığının illüziya olması demək deyil, lakin qərarlarımızda, emosiyalarımızda və vərdişlərimizdə gizli proseslərin rolunun nə qədər böyük olduğunu göstərir.
Almaz Həsənli



.jpg)
.jpg)
.jpg)






























































.jpg-3.jpg)
.jpg-2.jpg)
.jpg-1.jpg)





















