
Ermənilər atəşkəs rejimini pozmaqda davam edir
Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 9-da saat 19.50-dən 19.55-dək və mayın 10-da saat 00.30-dan 00.45-dək İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndində və Ağstafa rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutmuşlar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı birləşmələri mayın 9-da saat 14.25-dən 14.50-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər