Mənsimovdan 50 milyonluq layihə

Mənsimovdan 50 milyonluq layihə

17 Sentyabr 2013 13:56
Bəyəndim (0) Bəyənmədim (0)

"Palmalı" şirkətlər qrupu "Fiba Holding" şirkəti ilə birgə Türkiyənin İzmit vilayətində tərsanə alıb. Bu barədə Trend "Hürriyet" qəzeti xəbər yayıb.

Nəşrin məlumatına görə, tərsanənin alınması zamanı "Palmalı" və "Fiba Holding" arasında paylar "50:50" prinsipi üzrə bölünüb. 50 milyon avro müqabilində əldə olunan tərsanənin adı "Armada Tersanesi" adına dəyişdiriləcək.Tərsanənin alınmasından sonra "Palmalı" şirkəti artıq orada ümumi dəyəri 50 milyon avro olan üç gəminin tikintisini sifariş edib. Yaxın aylarda tərsanənin ümumi dəyəri 500 milyon dollar olan gəmi tikintisi sifarişi alacağı gözlənilir.

O.M.