5 aptekin fəaliyyəti dayandırılıb

5 aptekin fəaliyyəti dayandırılıb

5 Mart 2014 15:04
Bəyəndim (0) Bəyənmədim (0)

Xüsusi razılıq olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olan apteklər aşkarlanaraq fəaliyyətləri dayandırılıb

Ötən il ölkə üzrə 270 aptekdə yoxlama keçirilib. ANS-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub.
Hesabatda bildirilib ki, xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olan 5 aptek aşkarlanaraq fəaliyyətləri dayandırılıb.
Reydlə zamanı dövlət qeydiyyatına alınmammış və yararlıq haqqında analiz protokolları olmayan 8601 qyty, istifadə müddəti bitmiş 65 qutu dərman preparatları aşkarlanaraq müsadirə edilib.
Hazırda respublika üzrə 500-ə yaxın özəl tibb müəssisəsi və kabineti, eləcə də 600-dən artıq əczaçılıq müəssisəsi fəaliyyət göstərir.
Ötən il Bakıda lisenziyasız stomatoloji xidmət göstərən 200-dən artıq hüquqi və fiziki şəxslər aşkarlanıb, onlar barəsində müvafiq tədbirlər görülüb.
Ümumiyyətlə, 2013-cü il ərzində lisenziya olmadan 376 özəl tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olma faktı aşkarlanaraq inzibati icraat aparılıb.