Məhkumdan tiryək götürülüb
Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumdan narkotik vasitə aşkar olunaraq götürülüb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.2 maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Anar Lələkişi oğlu Hacıyevin əl-üz yuma otağında saxladığı çirkli paltarlarına baxış keçirilən zaman ona məxsus puloverin cibindən 1 ədəd sellofana bükülmüş xalis çəkisi 26,868 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər













.jpg)




































































.jpg)











