Məcburi köçkünün şikayət məktubu
Redaksiyamıza gələn məktublardan birini olduğu kimi təqdim edirik:
"Hörmətli redaksiya! Sizə Azərbaycan Respublikasının vətəndaşı, Kəlbəcər rayon sakini və məcburi köçkün kimi müraciət edirəm. Mənim konstitusion və mülkiyyət hüquqlarım pozulub. "Azərsu" ASC-nin sədri Cənab Qorxmaz Hüseynova müraciət etdiyim ərizə və teleqramlar cavabsız qalır. Mənə köməklik edin. Xahiş edirəm. Özüm Kəlbəcər rayonu Yanşaq kəndində qeydiyyatdayam. Faktiki ünvanım isə Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küç., məh. 1061, ev 7, mənzil 195-dir. Məcburi köçkünəm. Məlumat üçün bildirirəm ki, Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi Azərbaycan Respublikası Prezidentinin 972 saylı 25 avqust 2005-ci il tarixli sərəncamı və Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2006-cı il büdcəsi barədə 346 saylı 28 dekabr 2005-ci il tarixli Fərmanı əsasında həyata keçirilmişdir. Nazirlər Kabinetinin 42S saylı 24 fevral 2006-cı il tarixli Sərəncamı əsasında "Azərsu" ASC sözügedən su kəmərinin çəkilişi ilə əlaqədar Sifarişçi olaraq müəyyən olunmuşdur. 2010-cu ildən "Azərsu" ASC-nin sədrinə mülkiyyət hüquqlarımın pozulması ilə bağlı ərizə ilə müraciət etsəm də, cavabsız qalmışdır. "Azərsu" ASC mənim konstitusion və mülkiyyət hüququmu öz vəzifələrindən sui-istifadə edərək kobud şəkildə pozub. Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi zamanı, Abşeron rayonu, Hökməli qəsəbəsində sahəsi0.05 hatorpaq sahəsinə olan mülkiyyət hüququm pozulmuş, həmin torpağın üzərində olan fərdi yaşayış evim, daş hasarım və dəmir darvaza qanunsuz olaraq "Azərsu" ASC-ti tərəfindən zəbt olunmuş və sökülmüşdür. Azərbaycan Respublikasının Konstitusiyası və Dövləti mənim mülkiyyət hüququma təminat verdiyi halda, "Azərsu" ASC-ti mülkiyyət hüququmu pozduğu üçün təəccüb edirəm. 23.10.2013-cü il tarixdə "Azərsu" ASC-nin sədri Cənab Qorxmaz Hüseynova məni qəbul etmək barədə teleqram göndərsəm də, məni qəbul etmədi. "Azərsu" ASC-nin Hüquq Departamentinin rəhbəri Cahangir müəllimlə və Cənab Arzuman Abbasovun köməkçisi Şahinə xanım ilə telefon əlaqəsi saxlasam da, məni qəbul etməsini xahiş etsəm də, məni qəbul etmədilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsində deyilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. XAHİŞ EDİRƏM Mənə Azərbaycan Respublikasının Konstitusiyası və Dövləti tərəfindən mülkiyyət hüquqlarıma təminat verildiyi üçün və mülkiyyət hüququm "Azərsu" ASC tərəfindən pozulduğu üçün, konstitusion və mülkiyyət hüquqlarımın bərpa olunmasında, kompensasiyanın "Azərsu" ASC tərəfindən verilməsində köməklik edəsiniz. Prezidentin sərəncamını icra etməyən, qanunlarımızı pozan öz vəzifələrindən sui-istifadə edən vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasında mənə köməklik edəsiniz. İmza: Mürsəlov Zamin Saqi oğlu".
Mediaino.az

















.jpg)












































































