Hüseyn Bağırovun İmişlidə vətəndaşların qəbulu tarixi dəyişdirilib

Hüseyn Bağırovun İmişlidə vətəndaşların qəbulu tarixi dəyişdirilib

12 Mart 2014 16:51
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırovun İmişli şəhərində İmişli, Saatlı, Sabirabad və Beyləqan rayonlarında yaşayan vətəndaşlarla martın 14-də nəzərdə tutulan görüşü cari ilin 31 mart tarixinə dəyişdirilib. Nazirlikdən apa-ya verilən məlumata görə, görüş Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli "Qaynar xətt"i, həmçinin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlaya bilərlər (ünvan: İmişli şəhəri 20 yanvar küçəsi-11, əlaqə telefonları: 050 463 39 91; 050 677 27 00; 021 24 6 60 52).