Bakıda qadın özünü asdı
Bakının Sabunçu
rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata
görə, Bilgəh qəsəbəsi Zəfəran sovxozunda yaşayan Lerik sakini 41 yaşlı Nəsibə
Bayramova özünü öldürüb. O, özünü yaşadığı evin hamamında iplə
asıb. Mərhumun meyiti iyunun 16-da saat 13:00 radələrində asılmış
vəziyyətdə aşkarlanıb.
Qadının özünə qəsd etməsinin səbəbləri hələlik
məlum deyil. Meyit müayinə olunması üçün ekspertizaya göndərilib. Faktla
bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə
cinayət işi başlanıb.
Həyat insana verilən ən dəyərli hədiyyədir. Kimsə ondan imtina edirsə, deməli, küsdürüblər...
Günel Həbib
O.M.
Digər xəbərlər