Prezidentin qardaşı həbs edildi

Prezidentin qardaşı həbs edildi

13 Yanvar 2015 16:19
Bəyəndim (0) Bəyənmədim (0)

Dağıstan prezidenti Ramazan Abdullatipovun qardaşı, Federal Miqrasiya Xidməti İdarəsinin rəhbəri Rəcəb Abdullatipov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Məlum olub ki, Dərbənd şəhərinin "kriminal sahibi" kimi tanınan əslən azərbaycanlı Rafiq İdrisov ("Krot") Rusiyada hazırlanmış adı ilə spirtin Azərbaycandan bu ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi və sənədləşdirmə işlərinin aparılmasını həyata keçirib.

"Krot" bunun üçün Rəcəb Abdullatipov da daxil olmaqla bir sıra məmurların yardımından istifadə edib və onlar arasında nüfuz qazanıb. İdrisov Abdullatipovun vasitəçiliyi ilə yaxın adamlarını yüksək vəzifələrə təyin etdirməyə də cəhd edib.

Azərbaycandan Rusiyaya spirtin kontrabanda yolu ilə daşınması isə Nəriman Əliyev adlı şəxsə məxsus firma vasitəsilə həyata keçirilib. Əliyev qeyri-leqal əməliyyatla bağlı danışmaq istədiyini bildirdikdə isə İdrisov 2007-ci ildə Nərimanı və həyat yoldaşını qətlə yetirir.

Rəsmi Moskva işin üstünü açdıqdan sonra Dağıstana istintaq briqadasını göndərir, bütün təşkilatçı və icraçılar saxlanılsa da "Krot" Azərbaycana oradan da İsrailə qaçmağa müvəffəq olur.

Mediainfo.az