Nyu-Yorka tarixin ən güclü qarının yağacağı gözlənilir

Nyu-Yorka tarixin ən güclü qarının yağacağı gözlənilir

26 Yanvar 2015 11:43
Bəyəndim (0) Bəyənmədim (0)

Atlantikadan Nyu-Yorka doğru meteomüşahidələr tarixinin ən güclü qar burulğanı yaxınlaşır. Bu barədə şəhərin meri Bill de Blazio bildirib.

O, müraciətində Nyu-York sakinlərini zərurət olmadan evdən çıxmamağa və avtomobil nəqliyyatından istifadə etməməyə çağırıb.

"Nyu-York ən pis varianta hazır olmalıdır. Bu burulğanı ciddiyə almamaq doğru olmazdı" - deyə de Blazio qeyd edib.

Mediainfo.az