Şeytana daş atan 800 nəfər faciə ilə üzləşdi

Şeytana daş atan 800 nəfər faciə ilə üzləşdi

24 Sentyabr 2015 19:18
Bəyəndim (0) Bəyənmədim (0)
Həcc ziyarətində ölənlərin sayı durmadan artır

Həcc ziyarətində yaşanmış faciə zamanı ölənləri sayı durmadan artır. İnterfax-ın Səudiyyə Ərəbistanı Mülki Müdafiə xidmətinə istinadən yaydığı məlumata görə, yaranmış sıxlıq zamanı ən azı 717 zəvvar dünyasını dəyişib. 805 zəvvar müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerində 4 mindən çox xilasedici çalışır.

Qeyd edək ki, hadisə Məkkədən təxminən 15 km aralıda Mina dağının ətəklərində baş verib.

Xatırladaq ki, 2006-cı ildə Həcc ziyarətində də belə bir faciə yaşanmışdı. O zaman "şeytanın daşlanması" mərasimində yaranmış sıxlıq zamanı 345 zəvvar dünyasını dəyişmiş, 289 nəfər yaralanmışdı.

1990-cı ildə isə sıxlıqdan 1426 hacı namizədi həlak olmuşdu.

Mediainfo.az