Sabunçuda ölümlə nəticələnən qəza
Bakının Sabunçu qəsəbəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bakı şəhər sakini Fizuli Quliyev idarə etdiyi "KİA" markalı avtomobillə yolu keçən Şəki rayon sakini Elgün Əhmədovu vurub.
Xəstəxanaya yerləşdirilmiş E.Əhmədov orada ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər





























































































