Şairin vəsatətləri qəbul edilməyib

Şairin vəsatətləri qəbul edilməyib

8 İyul 2016 17:17
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Apellyasiya Məhkəməsində şair Saday Şəkərli barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə ilkin baxış iclası davam etdirilib.

İclasda verilən prosesi istintaqla aparılması və digər vəsatətlərə baxılıb. Vəsatətlər təmin edilməyib. Proses iyulun 22-də davam edəcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən apellyasiya şikayəti verilərək bəraət hökmünün çıxarılması istənilib. O, Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. S. Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Mediainfo.az