Avtomobilini 12 gün əvvəl aşıran sürücü xəstəxanada ölüb

Avtomobilini 12 gün əvvəl aşıran sürücü xəstəxanada ölüb

1 Sentyabr 2016 15:35
Bəyəndim (0) Bəyənmədim (0)

Lənkəranda yol-nəqliyyat hadisəsində xəsarət alan şəxs xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin saytı bildirir ki, avqustun 19-da Lənkəran rayonunun Vilvana kəndində rayon sakini Xəyal Məmmədov idarə etdiyi BMW markalı avtomobili kanala aşırıb. Xəstəxanaya yerləşdirilmiş sürücü avqustun 31-də orada ölüb.

Araşdırma aparılır.

Mediainfo.az