Bakıda şadlıq evinin qarşısından meyit tapıldı
Bakıda küçənin ortasından kişi meyiti tapılıb. Binəqədi rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, meyit bu gün saat 15.30 radələrində Rəsulzadə qəsəbəsində, "Banuçiçək" şadlıq evinin qarşısında tapılıb. Hazırda hadisə yerinə polis və Prokurorluq əməkdaşları yollanaraq ilkin araşdırmalara başlayıblar.
Rayon Polis İdarəsindən verilən məlumatda bildirilir ki, adı və soyadı hələlik müəyyənləşməyən kişi ürək tutmasından keçinib.
Allah rəhmət eləsin.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər