Fransada məscidə hücum edilib
Fransanın Bayonn kommunasında məscidə hücum edilib.
Oxumeni.az xəbər verir ki, məscidi yandırmağa çalışan şəxs 84 yaşlı S.Klod adlandırılan şəxsdir. O, məscidi yandırmağa cəhd edərkən ona mane olmaq istəyən 74 və 78 yaşlı iki nəfərə atəş açaraq onları yaralayıb və yaxınlıqdakı avtomobili yandırıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Əvvəllər atıcılıqla məşğul olmuş S. Klodun avtomobilində qaz butulkası tapılıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)
Digər xəbərlər