Məhkəmə cinsi təcavüzün 10 saniyədən az davam etməsini nəzərə alaraq iddianı ləğv edib

Məhkəmə cinsi təcavüzün 10 saniyədən az davam etməsini nəzərə alaraq iddianı ləğv edib

14 İyul 2023 13:31
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliyada hakimin "təcavüz cinsi təcavüz hesab edilməsi üçün 10 saniyə çəkməlidir" qərarı ölkəni ayağa qaldırıb.

İtalyanlar öz reaksiyalarını sosial mediada bildirməyə başlayıblar. İtalyan hakimlər, 17 yaşlı tələbəni "ovlamaqda" günahlandırılan 66 yaşlı qapıçıya hücumun "10 saniyədən az davam etdiyi" və hücumun "cinsi istək əlaməti olmadığı" səbəbiylə bəraət veriblər.

18 yaşlı məktəbli qız Antonio Avola adlı qapıçının əlini şalvarının içinə soxaraq ona sataşdığını iddia edib. 5-10 saniyəlik təqibdən sonra Avola tələbəyə "Buyurun, bilirsiniz ki, zarafat edirəm" cavabını verib.

Sözügedən qərar böyük hiddətə səbəb olub və qısa müddətdə sosial mediada böyük cərəyan başlayıb. TikTok və İnstaqramda məhkəmənin qərarına etiraz olaraq "palpata breve" (qısa əl) ifadəsi və "10 saniyə" (#10secondi) heşteqi yayılıb...

Murad Şahməmməd