Təhqiqata görə jurnalist güllələnərək qətlə yetirildi
Meksikada narkotik təhqiqatına görə daha bir jurnalist qətlə yetirilib. Meksikalı jurnalist Nelson Matus şənbə günü Gerrero ştatının cənub-qərbindəki Akapulko kurort şəhərində öldürülüb.
Lo Real de Guerrero yerli xəbər saytının direktoru Matus, Emiliano Zapata bölgəsində saat 15:00 radələrində bir mağazanın dayanacağında avtomobilində güllələnərək öldürülüb.
Xatırladaq ki, Matus, bir həftə ərzində dünyanın reportaj üçün ən təhlükəli ölkələrindən biri olan Meksikada qismən mütəşəkkil cinayətkarlıq zorakılığı səbəbindən öldürülən ikinci jurnalistdir.
Murad Şahməmməd
Digər xəbərlər