Sumqayıtda “Cibgir Elxan” tutuldu
Sumqayıtda cibgirliklə məşğul olan bir qrup şəxs tutulub. Oxumeni.az-ın məlumatına görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində 6 dəfə məhkumluq həyatı yaşamış, 1971-ci il təvəllüdlü Elxan Cəfərov, 2 dəfə məhkumluq həyatı yaşamış, 1975-ci il təvəllüdlü Zümrüd Adilova və 1983-cü il təvəllüdlü Elbrus Cavadov tutulublar. E. Cəfərovdan həmçinin narkotik vasitə də götürülüb. E. Cəfərov kriminal aləmdə "Cibgir Elxan" kimi tanınır. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər