Moskvada 20 kriminal avtoritet saxlanıldı (FOTO)
Saxlanılanlar içərisində tanınmış "qanuni oğru"lar var
Rusiyanın paytaxtı Moskva şəhərində kriminal aləmdə məşhur olan avtoritetlərin yığışdığı "sxodka"ya basqın olub. ANS-in verdiyi məlumata görə, əməliyyat zamanı 20 kriminal avtoritet saxlanılıb.
Rusiya Daxili İşlər Nazirliyi tərəfindən yayılan məlumata görə, Moskva polisinə məlumat verilib ki, şəhərdəki restoranların birində avtoritetlər yığıncağı keçirir. Məlumat yoxlanılıb və təsdiqini tapıb.
Bundan sonra Moskva polisi əməliyyat hazırlayıb. Keçirilən əməliyyat nəticəsində 20 kriminal avtoritet saxlanılıb. Deyilənlərə görə, saxlanılanlar içərisində kriminal aləmdə nüfuz qazanan bir neçə "qanuni oğru" var. Lakin hələlik onların kimliyi açıqlanmayıb. Saxlanılanların hamısı polis bölməsində dindiriləcək. Dindirilmədən sonra onlar barədə hüquq müstəvisində ölçü götürüləcək.
Qeyd edək ki, ötən ay da Moskvada anoloji əməliyyat keçirilmişdi. Əməliyyat zamanı 3 tanınmış "qanuni oğru" tutulmuşdu. Əməliyyat zamanı kriminal aləmdə məşhur olan 3 "qanuni oğru" saxlanılıb. Onlar Moskvada bilyard klublarının birində tutulublar. Əməliyat zamanı 39 yaşlı "Böyük İslam", 51 yaşlı "Nalçik" və 41 yaşlı "Teko" ləqəbli "qanuni oğru"lar saxlanılıb.
Mediainfo.az