Cinsi əlaqədə olduğu homoseksualı öldürdü

Cinsi əlaqədə olduğu homoseksualı öldürdü

14 Oktyabr 2014 17:49
Bəyəndim (0) Bəyənmədim (0)

Bir neçə gün əvvəl paytaxtda törədilmiş qətl hadisəsinin təfərrüatları məlum olub.

Vesti.az xəbər verir ki, oktyabrın 11-də Xəzər rayonunun Zirə qəsəbəsində baş vermiş qətlin təfərrüatları məlum olub. Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, qəsəbə sakini Asif Rəşid oğlu Məmmədov aralarında yaranmış mübahisə zəminində həmyerlisi Oqtay Nəcəf oğlu Rzayevi istifadəsiz tikilidə öldürüb.

1995-ci il təvəllüdlü Asif Məmmədov 50 yaşlı Oqtay Rzayevə 10 bıçaq xəsarəti yetirib. O, aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. 19 yaşlı A. Məmmədov qətli törətdikdən sonra polisə gələrək könüllü təslim olub.

Kiriminalistlər 50 yaşlı Oqtayın meyitini çılpaq halda aşkar edib. Asif Oqtayı mətbəx bıçağı ilə qətlə yetirib. Onun sözlərinə görə, Oqtayla axşam tanışlarının toyundan bir gün əvvəl, toy axşamında əylənmək istəyiblər. Oqtay ona pul qarşılığında cinsi əlaqədə olmağı təklif edib.

Cütlük yarımçıq tikiliyə gedərək cinsi əlaqədə olub. Cinsi əlaqəyə girəndən sonra Oqtay vəd etdiyi pulu verməkdən imtina edib. Bundan sonra hirslənən Asiif onu öldürüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Mediainfo.az