16 yaşlı ağdamlı canına qıydı

16 yaşlı ağdamlı canına qıydı

17 Oktyabr 2014 12:59
Bəyəndim (0) Bəyənmədim (0)

Bərdə rayonunda yaşayan 16 yaşlı Sadiq Arif oğlu Babayev 47 saylı texniki peşə məktəbində həyətində özünü asıb. Ağdam rayonundan məcburi köçkün S.Babayev və ailəsi 47 saylı texniki peşə məktəbində məskunlaşıblar. Hələlik hadisənin səbəbi bilinmir.

Qonşular səhər saatlarında oğlanı ağacdan asılı vəziyyətdə görüblər. Polis hadisə yerində araşdırma aparır. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.

Mediainfo.az