Azərbaycanlı iş adamının sürücüsü qətlə yetirilib - VİDEO

Azərbaycanlı iş adamının sürücüsü qətlə yetirilib - VİDEO

11 İyul 2016 11:30
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada başından aldığı güllə zərbəsi ilə qətlə yetirilən və Moskva çayında torbanın içində meyiti aşkarlanan şəxslə bağlı yeni məlumat yayılıb.

azvision `Life.ru`- ya istinadən xəbər verir ki, öldürülən şəxs "Şeş-beş" restoranlar şəbəkəsinin rəhbərinin sürücüsüdür.

İstintaqın versiyasına görə, sürücünün qətlə yetirilməsinə səbəb biznes məsələlərindəki fikir ayrılığı ola bilər. Onun sifarişli qətlin qurbanı olduğu idda edilir.

Xatırladaq ki, "Şeş-Beş" restoranlarının sahibləri azərbaycanlılardır. Onların kriminal aləmlə əlaqəli olduğu bildirilir.

Qeyd edək ki, Moskva çayının Lujnetski sahilindən keçən ərazisində yataq dəstinə bükülərək, torbaya qoyulmuş kişi meyit aşkar edilib. Onun üzərində mavi rəngdə kostyum olub. Meyitə ilkin baxış zamanı onun üzərində zorakılıq əlamətləri aşkar edilib. Ad və soyadı açıqlanmayan kişi başından güllələnib.

Mediainfo.az