Tanışını bıçaqlayana 7 il həbs verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlayan 1993-cü il təvəllüdlü Vasif Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Belə ki, Lökbatan qəsıbəsindəki kafelərdən birində Vasif Məmmədov adlı şəxs birlikdə yeyib-içdiyi Turan Cəbiyevlə mübahisə edib.
Onların mübahisəsi sonda qanlı olayla bitib. Vasif Məmmədov Turan Cəbiyevə bir neçə bıçaq zərbəsi endirib. Xəstəxanaya çatdırılan Turan Cəbiyevin həyatını xilas etmək mümkün olub.
Hakim Rauf Əliyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Vasif Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Mediainfo.az
Digər xəbərlər