Qaxda narkobağban tutulub
Qax rayonunda narkotik tərkibli bitki əkib-becərən şəxs saxlanılıb.
Qax Rayon Polis Şöbəsindən (RPŞ) apa -nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, şöbə əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin əkib-becərilməsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil edilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirib.
RPŞ-yə daxil olmuş məlumat əsasında Qax şəhər sakini Elşən Yaqub oğlu Musayevin yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı vannanın içərisində xüsusi qaydada əkilmiş 116 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolu bitkisinin şitili aşkar edilərək maddi sübut kimi götürülüb.
Elşən Musayev saxlanılıb, onun barəsində Qax rayon məhkəməsinin qərarı ilə həbs qətimkan qərarı çıxarılıb.
Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər