Paytaxtda özünü asan kişi son anda xilas edilib

Paytaxtda özünü asan kişi son anda xilas edilib

6 Aprel 2018 09:26
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib.

Balaxanı qəsəbəsində yaşayan 1979-cu il təvəllüdlü Həsənov Rəşad Həmid oğlu özünü yaşadığı evin həyətində asıb.

Lakin o, yaxınlarının köməkliyi ilə son anda xilas edilərək 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları intihara cəhd hadisəsinin səbəblərini araşdırırlar(.report)