Cərrahiyyə əməliyyatı edilən xəstələrin sayı 3 dəfəyədək artıb
Son 12 ildə Azərbaycanda xəstəxanalarda cərrahiyyə əməliyyatı edilən xəstələrin sayı 3 dəfəyədək artıb.
Trend-in məlumatına görə, 2005-ci ildə xəstəxanalarda 105,5 min nəfər cərrahiyyə əməliyyatı edilib. Bu say illər üzrə daha da artaraq 2017-ci ildə 267,1 min nəfərə çatıb.
2005-ci ildə 38,6 min nəfər, 2017-ci ildə isə 97,1 min nəfər, ambulator-poliklinik müəssisələrdə cərrahiyyə əməliyyatı edilib.
Ötən il hər 1.000 nəfərin 27,4-si (2005-ci ildə 12,6) xəstəxanalarda, 10-u ambulator-poliklinik müəssisələrində cərrahiyə əməliyyatı edib.
Digər xəbərlər