Putinin Krım körpüsündə “Mercedes” sürərkən çəkilmiş videosu nümayiş etdirilib

Putinin Krım körpüsündə “Mercedes” sürərkən çəkilmiş videosu nümayiş etdirilib

6 Dekabr 2022 12:12
Bəyəndim (0) Bəyənmədim (0)

Kreml Vladimir Putinin “Mercedes”lə Krım körpüsündən keçdiyi görünən videonu yayıb.

Oxuməni.az xəbər verir ki, sərnişin oturacağında baş nazirin müavini Marat Xusnullin olub və o, oktyabrda baş vermiş partlayışdan sonra körpünün təmiri barədə Putinə məlumat verib. Bu, Putinin Ukraynanın işğalı başlayandan sonra müharibə zonasına bu qədər yaxın görünməsidir.

"Sağ tərəflə gedirik, körpünün sol tərəfi işlək vəziyyətdədir, amma buna baxmayaraq, mükəmməl vəziyyətə gətirmək lazımdır",- Putin videoda deyir.

Xusnullinin sözlərinə görə, Krım körpüsünün sol tərəfinin bərpası üzrə işlər martın sonunda başa çatacaq.

Emin Axund, Oxuməni.az