Səudiyyə Ərəbistanında icazəsiz Həcc ziyarətinə cəhd edən 17 mindən çox insan saxlanılıb
Səudiyyə Ərəbistanı təhlükəsizlik qüvvələri tərəfindən icazəsiz Həcc ziyarətinə cəhd edən 17 mindən çox insan həbs edilib.
Oxuməni.az-ın verdiyi xəbərə görə, İctimai Təhlükəsizlik direktoru və Həcc Təhlükəsizlik Komitəsinin rəhbəri general-leytenant Məhəmməd Əl-Bassami Arabnews-a bildirib ki, ümumilikdə 17 615 nəfər həbs edilib. Onların arasında yaşayış, iş və sərhəd təhlükəsizliyi qaydalarını pozan 9509 nəfər, eləcə də 105 saxta həcc kampaniyasının təşkilatçıları var. Onların hamısı prokurorluğa verilib.
Həmçinin məlum olub ki, Həcc ziyarətinə icazəsi olmayan 202 695 nəfər Məkkəyə giriş məntəqələrindən geri qaytarılıb. Eyni zamanda icazəs olmayan128 999 avtomobilin Məkkəyə və müqəddəs yerlərə girişinə imkan verilməyib.
Əziz Göynüklü
Digər xəbərlər