Yaponiyanın cənub-qərbində aramsız yağışlar böyük fəsadlara səbəb olub

Yaponiyanın cənub-qərbində aramsız yağışlar böyük fəsadlara səbəb olub

3 İyul 2023 12:43
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyanın cənub-qərbində aramsız yağışlar nəticəsində torpaq sürüşməsi və çay daşqınları təhlükəsi ilə əlaqədar yarım milyona yaxın sakinin təxliyəsi elan edilib.

Oxuməni.az xəbər verir ki, bu barədə MIR 24 portalının yaydığı məlumatda deyilir.

Fukuoka prefekturasının Kurume şəhərində beş ballıq şkala üzrə dördüncü təhlükə səviyyəsi elan edilib, Oita və Kumamoto prefekturalarının yaşayış məntəqələri də daşqın təhlükəsi altındadır.

Proqnozlara görə, yaxın gələcəkdə Kyuşu adasında yağıntının miqdarı sutkada 200 millimetrdən 250 millimetrə qədər düşəcək.

Yaponiyanın cənub-qərbində leysan yağışları hər yay baş verir, bu fenomen mövsümi xarakter daşıyır. Ölkənin bu bölgəsində hər il güclü yağıntılar nəticəsində çaylarda daşqın və sürüşmə baş verir.

Əziz Salamoğlu