İqlim fəalı Qreta Tunberq hüquq-mühafizə orqanlarına tabe olmamaqda ittiham olunur

İqlim fəalı Qreta Tunberq hüquq-mühafizə orqanlarına tabe olmamaqda ittiham olunur

6 İyul 2023 16:08
Bəyəndim (0) Bəyənmədim (0)

İqlim fəalı Qreta Tunberq İsveçdə keçirilən etiraz aksiyası zamanı "polisin hadisə yerini tərk etmək əmrinə tabe olmaqdan imtina etdiyinə" görə itaətsizlikdə günahlandırılıb.

O, Malmödəki limanın neft terminalında nəqliyyat dayandırdıqdan sonra digər fəallarla birlikdə saxlanılıb.

İsveç prokurorları qeyd ediblər ki, "gənc qadın" aksiya zamanı "polisin hadisə yerini tərk etmək əmrini yerinə yetirməkdən imtina etdiyi üçün" itaətsizlikdə ittiham olunub.

İsveç Prokurorluğunun sözçüsü Annika Kollin günahkarın Qreta Tunberq olduğunu təsdiqləyib.

20 yaşlı isveçli fəalın iyulun sonunda məhkəməyə çağırılacağı bildirilir. Prokuror Charlotte Ottosen bildirib ki, itaətsizlik cinayəti adətən cərimələrlə cəzalandırılır.

Murad Şahməmməd