Zelenski: Ukraynanın aydın təhlükəsizlik zəmanətinə ehtiyacı var
İyulun 11-12-də Vilnüsdə keçirilməsi planlaşdırılan NATO sammitində Ukrayna Şimali Atlantika Alyansına üzv ölkələrdən dövlətin bloka daxil olmasına qədər olan müddət üçün etibarlı və aydın təhlükəsizlik zəmanəti alacağını gözləyir.
Oxuməni.az xəbər verir ki, bu barədə Zelenskiyə istinadən Ukrayna mətbuatı yazır.
Zelenski qeyd edib ki, əks halda Litvaya səyahət etməyin mənası yoxdur, çünki o, “əylənmək üçün Vilnüsə getmək istəmir”.
"Ukrayna NATO-da olmadığı müddətcə dəqiq təhlükəsizlik zəmanəti almalıdır. Yalnız bu şərtlər daxilində görüşümüz məna kəsb edəcək. Əks halda, bu, başqa siyasətdir", - deyə Zelenski vurğulayıb.
Zelenski Ukraynanın təhlükəsizliyini təmin etmək üçün tərəfdaşlarla işləməkdən də danışıb.
“Biz həm də tərəfdaşlarımıza sammit öncəsi müəyyən nəticələrə gəlməkdə köməklik etmək üçün çalışırıq.
Ukrayna prezidenti vurğulayıb ki, Ukrayna tərəfi “bütün qərarların sammitdə olmasını istərdi”.
Belə olan halda, təbii ki, mən orada olacağam və əlimdən gələni edəcəyəm”, - deyə Zelenski bildirib.
Əziz Salamoğlu