Dənizdə xilasetmə işləri sayəsində insanlar limana gətirilib
“Open Arms” humanitar təşkilatı son bir neçə gündə Aralıq dənizində altı ayrı xilasetmə əməliyyatı həyata keçirib.
Aralıq dənizinin mərkəzində 300-ə yaxın insan xilas edilib. Kataloniyanın “Open Arms” qeyri-hökumət təşkilatı İtaliya hakimiyyətinin razılığı ilə onları Barinin cənub-şərqindəki Brindisi limanına çatdırıb.
Eritreya, Misir, Efiopiya, Benin, Kot-d'İvuar və Kamerundan olan miqrantlar Open Arms heyəti tərəfindən aşkar edilməzdən əvvəl 6 fərqli qayıqla Avropaya səyahət ediblər. Brindisiyə səyahət 3 gün çəkib.
Humanitar yardım gəmisinin göyərtəsində 90 azyaşlı İtaliyaya gəlib. Onların əksəriyyəti böyüklərin müşayiəti olmadan limana çıxarılıb. Son məlumata görə, onların vəziyyəti narahatlıq doğurmur.
Murad Şahməmməd
Digər xəbərlər