Misirdə  naməlum xəstəlik yayılıb

Misirdə naməlum xəstəlik yayılıb

17 İyul 2023 12:14
Bəyəndim (0) Bəyənmədim (0)

Misirin paytaxtı Qahirənin cənubunda yerləşən Qena əyalətinin El-Əlikat kəndinin bir qrup sakinində naməlum xəstəliyin simptomları aşkar edilib.

Oxuməni az-ın verdiyi xəbərə görə, Misir Səhiyyə Nazirliyi bildirib ki, xəstələr yüksək hərarət, sümük ağrıları, qusma və başgicəllənmədən şikayət edirlər.

“Şikayətlərin öyrənilməsi üçün profilaktik-tibbi yardım və epidemioloji nəzarətin həyata keçirilməsi üçün kəndə həkim briqadaları göndərilib, xəstələrdən analizlər götürülüb”, - deyə nazirliyin açıqlamasında bildirilir.

“Əl-Əhram” qəzetinin məlumatına görə, səlahiyyətlilər kəndə 50-yə yaxın tibbi yardım maşını göndərib, içməli sudan nümunələr götürülüb. Yerli nəşrlərin istinad etdiyi müxtəlif mənbələrə görə, 200-dən 1 minə qədər kənd sakini naməlum xəstəliyin əlamətlərindən şikayətlənir.

Əziz Salamoğlu