Annalena Berbok Rusiya prezidenti Vladimir Putini “taxıl müqaviləsi”ni dərhal yeniləməyə çağırıb

Annalena Berbok Rusiya prezidenti Vladimir Putini “taxıl müqaviləsi”ni dərhal yeniləməyə çağırıb

18 İyul 2023 10:54
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın xarici işlər naziri Annalena Burbok Rusiya prezidenti Vladimir Putini “taxıl müqaviləsi”ni dərhal yeniləməyə çağırıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Deutsche Welle məlumat yayıb.

Berbok BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında iyulun 17-də deyib ki, Putin indiki işğal müharibəsində dünya aclığından silah kimi istifadə etməyi dayandırmalıdır...

Berbok dəfələrlə fasilələrə baxmayaraq, taxıl sazişini işlək vəziyyətdə saxlamağa çalışan BMT və Türkiyəyə təşəkkür edib. Kremlin hərəkətlərinə işarə edən Almaniya XİN rəhbəri Avropa Birliyinin Putinin razılığı ilə hesablaşmamasının, Ukraynadan quru yolu ilə taxıl ixracına əmin olmasının vacibliyini qeyd edib.

Əziz Salamoğlu