ABŞ ordusunun sıravi əsgəri Şimali Koreyaya qaçıb
ABŞ ordusunun sıravi əsgəri Travis King “qəsdən və icazəsiz” Şimali Koreya və Cənubi Koreya arasındakı sərhədi keçib.
Oxuməni.az xəbər verir ki, bu barədə CBS News-in yaydığı məlumatda deyilir.
Hərbçilərin taleyi hələlik məlum deyil, lakin ABŞ rəsmiləri onun Şimali Koreyada həbsdə olduğunu iddia ediblər. Daha sonra ABŞ Müdafiə Nazirliyi amerikalı hərbçinin Koreya Respublikasından demarkasiya xəttini özbaşına keçdiyini və onun KXDR-də nəzarətə götürüldüyünü təsdiqləyib. Müvafiq bəyanatı Cənubi Koreyadakı Amerika qoşunları kontingentinin (USFK) rəsmi nümayəndəsi polkovnik İsaak Teylor yayıb. Məsələ ilə bağlı müvafiq beynəlxalq qurumlarla birgə araşdırma aparılır.
Əziz Mustafa
Digər xəbərlər