Şərqə ABŞ-ın əlavə F-16 və F-35 qırıcı təyyarələri göndərməsi İranla müharibəyə hazırlaşmaq demək deyil
Yaxın Şərqə ABŞ-ın əlavə F-16 və F-35 qırıcı təyyarələri, eləcə də təyyarədaşıyan gəmi göndərməsi İranla müharibəyə hazırlaşmaq demək deyil.
Oxuməni.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
“Davam edən təhdidlər fonunda tərəfdaşlarımız və müttəfiqlərimizlə koordinasiya əsasında Müdafiə Nazirliyi Hörmüz boğazında və ona bitişik sularda hərbi gücümüzü daha da artırırıq.
Biz İranı dünya neft tədarükünün təxminən 20%-ni daşıyan bu kritik dəniz marşrutu boyunca azad ticarəti təhdid edən sabitliyi pozan hərəkətləri dərhal dayandırmağa çağırırıq”, - deyə Miller bəyan edib.
Əziz Salamoğlu
Digər xəbərlər