Avropa Birliyinin rəsmisi: Türkiyə 2024-cü ildə Avropa İttifaqına üzv olmayacaq
Türkiyə 2024-cü ildə Avropa İttifaqına üzv olmayacaq, Aİ-yə üzvlük prosesi saatlarla deyil, illərlə davam edir.
Oxuməni.az xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü Peter Stano Rusiya mətbuatına açıqlamasında deyib.
Stano həmçinin bildirib ki, Avropa İttifaqı Türkiyəyə vizasız rejim təqdim etməyə hələ hazır deyil: “Viza rejiminin liberallaşdırılması ilə bağlı qərar üzv dövlətlər tərəfindən ölkə insan hüquqları və siyasi azadlıqlar da daxil olmaqla bütün zəruri meyarları yerinə yetirdikdən sonra qəbul edilir”.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara İsveçin çox yaxın vaxtlarda NATO-ya daxil olması məsələsində razılığa gəlməyə hazırdır, lakin bunun müqabilində ölkənin Avropa İttifaqına daxil olması prosesini intensivləşdirmək istəyir.
Əziz Mustafa