Rusiya Ermənistanın Roma Əsasnaməsinə qoşulmasından narahatdır
Ermənistan parlamenti ölkənin Roma Əsasnaməsinə qoşulmasının nəticələrini öyrənməli və Rusiya ilə müttəfiqlik münasibətləri üçün riskləri qiymətləndirməlidir.
Oxuməni.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, Parlamentlərarası Əməkdaşlıq Komissiyasının həmsədri Yuri Vorobyov deyib.
Bundan əvvəl məlumat verilmişdi ki, respublika hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə ratifikasiya üçün parlamentə göndərmək niyyətindədir.
“Bizim anladığımız kimi, bu o deməkdir ki, Ermənistan baxdığı bütün işlərə münasibətdə Haaqa Tribunalının yurisdiksiyasını tanıyır.Biz ondan çıxış edirik ki, erməni həmkarlarımızın bu addımı anti-Rusiya kontekstinə malik deyil, amma buna baxmayaraq, praktikada bu, Rusiya-Ermənistan münasibətlərinə ciddi ziyan vurur. Biz müttəfiqlərimizi Roma Əsasnaməsinə qoşulmağın nəticələrini bir daha diqqətlə öyrənməyə və Rusiya ilə müttəfiqlik münasibətləri üçün mümkün riskləri qiymətləndirməyə çağırırıq”, - deyə Vorobyov bildirib.
Əziz Mustafa