"Hər əks-hücumun sürətli olması ilə bağlı fikir yanlışdır”
Ukraynanın əks-hücum əməliyyatı qrafikdən geri qalır, lakin yolunda gedir.
Oxuməni.az xəbər verir ki, bunu Müdafiə naziri Oleksiy Reznikov CNN-ə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, “hər əks-hücumun sürətli olması ilə bağlı fikir yanlışdır”.
O, həmçinin əks-hücumun gözlənildiyindən daha yavaş olmasının səbəblərini, o cümlədən sursat, artilleriya mərmilərini sadaladı.
“Bu, hava hücumundan müdafiə məsələsidir. Məsələ burasındadır ki, bizim də çox uzun cəbhə xəttimiz var. Və bizə qarşı çoxlu düşmənlər var. Bu, müharibədir, bu kompüter oyunu deyil”, - deyə Ukraynanın müdafiə naziri bildirib.
Reznikovun sözlərinə görə, Ukrayna hərbçiləri tarlalardan keçən yolları əllə təmizləməli olublar. Rusiya qoşunlarının "minalarla dolu ciddi təhlükəsizlik zonaları" var və "aşmaq çox çətindir".
Əziz Mustafa