Narkotik daşıyan pilotsuz təyyarə vurulub

Narkotik daşıyan pilotsuz təyyarə vurulub

25 İyul 2023 09:44
Bəyəndim (0) Bəyənmədim (0)

İordaniya ordusu Suriyadan narkotik daşıyan pilotsuz təyyarəni vurub. İordaniya və Suriya hərbi rəsmiləri arasında bölgədə narkotik ticarətini müzakirə etmək üçün keçirilən görüşdən bir gün sonra Əmman sərhəddə öz ərazisinə iki kiloqram kristal metamfetamin daşıyan pilotsuz təyyarəni vurduğunu açıqlayıb.

Açıqlamada, iki kilo kristal metamfetamin daşıyan İHA-nın sərhədin İordaniya tərəfində dayandırıldığı deyilir. Xatırladaq ki, oxşar hadisə son həftələrdə üçüncü dəfə baş verib.

İnsident İordaniya və Suriyanın hərbi və təhlükəsizlik rəhbərlərinin qaçaqmalçılıq probleminin qarşısını almaq yollarını müzakirə etmək üçün Əmmanda görüşdükdən bir gün sonra baş verib.

İordaniya deyir ki, Dəməşqin vədlərinə baxmayaraq, qeyri-qanuni ticarətin qarşısını almaq üçün heç bir addım atmayıb.

Əmman administrasiyası Suriya ordusu daxilindəki qoşunlar tərəfindən qorunduğunu iddia etdiyi iranpərəst yaraqlıları sərhədlərini keçərək Körfəz bazarlarına narkotik keçirməkdə ittiham edir.

İranın dəstəklədiyi ordu və təhlükəsizlik qüvvələri ilə əlaqəsini inkar edən Dəməşq qaçaqmalçılığın qarşısını almaq üçün əlindən gələni etdiyini və cənubda qaçaqmalçı dəstələrə qarşı mübarizəni davam etdirdiyini bildirir.

ABŞ Suriyanın regionda milyardlarla dollarlıq narkotik ticarətinin əsas mərkəzinə çevrildiyinə diqqət çəkir.

Suriya ərəb və Qərb ölkələri tərəfindən asılılıq yaradan amfetamin kaptaqonu kimi narkotik maddələrin istehsalında və İordaniya vasitəsilə Körfəz ölkələrinə qaçaqmalçılığı təşkil etməkdə ittiham olunur.

Məlumat üçün bildirim ki, Suriya və İordaniyanın 375 kilometrlik ümumi sərhədi var.

Murad Şahməmməd