Polşa ordusunun sayını iki dəfə artıracaq

Polşa ordusunun sayını iki dəfə artıracaq

28 İyul 2023 13:59
Bəyəndim (0) Bəyənmədim (0)

Polşa PMC Wagner yaraqlılarının və Belarusdakı rus əsgərlərinin fəallığı fonunda yaxın gələcəkdə nizami ordusunu demək olar ki, iki dəfə artırmaq niyyətindədir.

Oxuməni.az xəbər verir ki, bunu Polşa baş nazirinin müavini Yaroslav Kaçinski deyib.

Baş nazirin müavininin sözlərinə görə, ölkədə hazırkı üç diviziya əvəzinə yeddi diviziya yaradılacaq, onlardan altısı döyüş, yeddincisi isə ehtiyatda olacaq.

“Biz hərbi hissələri bərpa edirik, yenilərini yaradırıq. İndi yenisi - altıncı divizion yaradılır”, - Kaçinski bildirib.

O, həmçinin vurğulayıb ki, Varşava NATO-nun şərq cinahında sipər olmaq üçün Avropanın ən güclü quru ordusunu yaratmağa çalışır.

Əziz Mustafa