Danimarka və Hollandiya Ukraynanı F-16 qırıcıları ilə təmin edəcək

Danimarka və Hollandiya Ukraynanı F-16 qırıcıları ilə təmin edəcək

21 Avqust 2023 10:24
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna lideri Vladimir Zelenski Hollandiya və Danimarkaya səfər edib. Onlar Kiyevə F-16 döyüş təyyarələri verəcəklərini vəd ediblər. Hollandiya və Danimarka Amerika istehsalı olan F-16 qırıcılarını Ukraynaya təhvil verəcək. Bu, bazar günü Ukrayna prezidenti Vladimir Zelenskinin hər iki ölkəyə səfəri zamanı məlum olub. Bundan əvvəl ABŞ Ukraynanı Rusiya təcavüzündən qorumaq üçün bu təyyarələrin tədarükünə icazə vermişdi.

Danimarka Kiyevə 19 F-16 təyyarəsi verməyi öhdəsinə götürdü. Zelenskinin sözlərinə görə, Hollandiya 42 döyüş təyyarəsi tədarük edəcək.

"Bu gün biz Ukraynanın hava qalxanının gücləndirilməsi istiqamətində daha bir addım atdıq. F-16-lar. Bu təyyarələr rusiyalı terrorçuları Ukraynanın şəhər və qəsəbələrindən çəkindirmək üçün istifadə olunacaq. Mark Rutte və mən bu ölkəyə təhvil veriləcək F-16-ların sayı barədə razılığa gəldik. 42 təyyarə. Bu isə hələ başlanğıcdır”, - deyə Zelenski sosial şəbəkələrdə bildirib.

Ukrayna lideri Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı ilə bağlı vəziyyəti şərh edib və hava hücumundan müdafiənin vacibliyini qeyd edib.

Vladimir Zelenski, Ukrayna Prezidenti: "Bilirəm ki, siz həmişə daha sürətli getmək istəyirsiniz, təyyarələr bu prosesi çox sürətləndirə bilər, Rusiya Federasiyası səmada hökmranlıq edir və biz özümüzü təyyarələrlə məhdudlaşdırmayacağıq. Biz hava hücumundan müdafiə sistemləri haqqında danışırıq, çünki qarşıda qışdır”.

Kiyevin F-16 qırıcılarını dəqiq nə vaxt alacağı hələlik bəlli deyil. Ukraynalı pilotların və müvafiq infrastrukturun hazırlanması üçün vaxt lazımdır.

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov isə pilotların hazırlığına artıq başlanıldığını, minimum təlim müddətinin altı ay olduğunu qeyd edib.

Murad Şahməmməd