Yaponiya Müdafiə Nazirliyi hərbi məqsədlərə 53 milyard dollar xərcləyəcək
Yaponiya Müdafiə Nazirliyi rekord məbləğdə 53 milyard dollarlıq hərbi büdcə hazırlayıb.
Büdcə, xüsusən, ölkənin cənub-qərbində ABŞ-dan alınmış ən son beşinci nəsil F-35B döyüş təyyarələri ilə təchiz edilmiş yeni aviasiya eskadrilyasının formalaşdırılmasını nəzərdə tutur.
Yaponiya hökuməti 2024-cü maliyyə ili üçün hərbi büdcəsini 7,739 trilyon yen (indiki məzənnə ilə 53 milyard dollardan çox) müəyyənləşdirib. Bu barədə Yaponiyanın aparıcı iqtisadi qəzeti Nikkei məlumat yayıb.
Yeni hərbi büdcə xüsusilə ölkənin cənub-qərbində ABŞ-dan alınmış ən son beşinci nəsil F-35B döyüş təyyarələri ilə təchiz edilmiş yeni eskadronun formalaşdırılmasını nəzərdə tutur. Aegis çoxməqsədli kompüterləşdirilmiş izləmə və istiqamətləndirmə sistemlərinə malik əlavə iki esminesin tikintisi üçün vəsaitin ayrılması planlaşdırılır.
Həmçinin kritik vəziyyət yarandıqda qoşunları Tayvan yaxınlığındakı Şərqi Çin dənizindəki ucqar adalara köçürmək üçün nəzərdə tutulmuş dəniz nəqliyyat dəstəsi də yaradılacaq. Onun müxtəlif dərəcəli gəmilər və helikopterlərlə təchiz edilməsi nəzərdə tutulur.
Əziz MUSTAFA



















































































